“Qarabağ”la oyunda dəhşətli oynadıq, bəxtimiz gətirdi”

“Qarabağ”la oyunda dəhşətli oynadıq, bəxtimiz gətirdi”

“Biz dürüst olmalıyıq, birinci hissədə dəhşətli oynadıq.

Bəxtimiz gətirdi ki, hələ də oyunda qaldıq. Fasilədə bu vəziyyətin dəyişməli olduğunu danışdıq”.

Sportinfo.az xəbər verir ki, bunu “Kopenhagen”in futbolçusu Tomas Delaney Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”la keçirilən oyun barədə danışarkən deyib.

Futbolinfo.az xəbər verir ki, 34 yaşlı orta sahə oyunçusu hücumdakı dişsizliyin qurbanı olduqlarını bildirib:

“Məncə, ikinci hissədə vəziyyəti qismən dəyişməyi bacardıq. Sanki rəqibin bizə qarşı ilk hissədə qazandığı üstünlüyü ələ keçirdik.

Amma yenə də nəsə çatışmırdı. O iradə, o döyüşkənlik, hücumda dəqiqlik çatmadı ki, rəqibdən əvvəl topa çata bilək”.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda “Qarabağ” 2:0 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti