
“Qarabağ”ın legioneri Emmanuel Addainin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizəddir.
Sportinfo.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
24 yaşlı qanalı vinger Bakıda Danimarka təmsilçisi “Kopenhagen”ə qalib gəldikləri matçda fərqlənib.
Addaidən başqa, İngiltərənin “Mançester Siti” klubundan Erlinq Haaland, “Monako”dan Cordan Teze, Niderland təmsilçisi PSV-dən İsmael Saibari də namizədlər sırasındadır.
“Qarabağ” ötən gün Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda “Kopenhagen”i 2 cavabsız qolla üstələyib.