Bu yaxınlarda Çempionlar Liqasında ümumi mərhələnin altıncı turunun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, ilk 5-likdə İngiltərənin üç komandası yer alır.
Çempionlar Liqasının lideri hələ bir xal itirməyən “Liverpul”dur. Arne Slotun komandası 6 görüşün hamısında qalib gəlib.
“Arsenal” 13 xal və +9 top fərqi ilə üçüncü pillədə qərarlaşıb. İlk beşliyi “Aston Villa” qapayır. İngiltərə klubu +6 top fərqi ilə 13 xala malikdir.
Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turunun oyunları yanvarın 21 və 22-də keçiriləcək. Bu mərhələnin son oyunları isə yanvarın 29-da baş tutacaq.