COP29

"Biz məyusuq, amma eyni zamanda səhvlərimizdən də nəticə çıxarmalıyıq"

4 Oktyabr 02:20 Çempionlar Liqası 502
"Biz məyusuq, amma eyni zamanda səhvlərimizdən də nəticə çıxarmalıyıq"

“Bayern”in hücumçusu Harri Keyn Çempionlar Liqasının ümumi mərhələsinin 2-ci turunun “Aston Villa” ilə oyununun nəticəsi barədə danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hələ qarşıda çox oyun olduğunu bildirib:

“Qarşıda hələ çox oyunlar var, hər biri vacibdir. Təbii ki, biz məyusuq, amma eyni zamanda səhvlərimizdən də nəticə çıxarmalıyıq. Mövsüm təzəcə başlayıb”.

“Aston Villa” – “Bayern” matçı oktyabrın 2-də baş tutub. Komandalar “Villa Park” stadionunda (İngiltərə) qarşılaşıblar.

Oyun 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Münhen klubu üçün bu məğlubiyyət 2024/2025 mövsümündə ilk olub.

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 18:10 Çək və bizə göndər!
11 Noyabr 16:20 "Qarabağ"da biri var ki...
11 Noyabr 11:00 Çalış, kənarda qalma!