COP29

“Biz indiki vəziyyətlə bağlı əvvəlcədən məlumatlıydıq”

30 Noyabr 2023 21:40 Çempionlar Liqası 286
“Biz indiki vəziyyətlə bağlı əvvəlcədən məlumatlıydıq”

“Real”ın yarımmüdafiəçisi Çud Bellingem Çempionlar Liqasında “Napoli” üzərində qazanılan qələbəni (4:2) şərh edib.

Sportinfo.az xəbər verir ki, ingilis futbolçu çox yaxşı oyun olduğunu bildirib:

“Komanda oyunu baxımından çox yaxşı oyun idi. Xüsusilə bura gələn komandaların bir az daha dərin müdafiə olunduğu “Santyaqo Bernabeu”da diqqətimizi cəmləməli və səbirli olmalıyıq.

İzdihamlı “klub xəstəxanası” qarşısında qələbə? Düşünürəm ki, bu, komandanın xarakterindən çox şey deyir.

Amma onu da deyərdim ki, biz indiki vəziyyətlə bağlı əvvəlcədən məlumatlıydıq. Məsuliyyəti öz üzərinə götürmək və qələbəyə töhfə vermək vacibdir”.

Bellingem Çempionlar Liqasında “kral klubu”nun heyətində 5 matçda 4 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"