COP29

Bu gün son "kor püşk" atılacaq - Çempionlar Liqasında

17 Mart 2023 10:20 Çempionlar Liqası 4 757
Bu gün son "kor püşk" atılacaq - Çempionlar Liqasında

Bu gün Çempionlar Liqasında 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü atılacaq.

Sportinfo.az xəbər verir ki, UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutacaq mövsümün son püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Əvvəlki mərhələlərdən fərqli olaraq, bu dəfə “kor püşk” olacaq. Yəni mübarizəni davam etdirən 8 komandanın hər biri istənilən kluba rəqib ola bilər.

1/4 finaldakı cütlüklərlə yanaşı, yarımfinalın potensial cütlükləri və finalın mümkün "ev sahibi" də müəyyənləşəcək.

“Bavariya” (Almaniya)

“Benfika” (Portuqaliya)

“Çelsi” (İngiltərə)

“İnter” (İtaliya)

“Mançester Siti” (İngiltərə)

“Milan” (İtaliya)

“Napoli” (İtaliya)

“Real Madrid” (İspaniya)

1/4 final mərhələsinin ilk oyunları aprelin 11-12-də, cavab görüşləri 18-19-da keçiriləcək. Yarımfinal qarşılaşmaları 9-10 və 16-17 may tarixlərində oynanılacaq.

Çempionlar Liqasının finalı isə iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"