"Qarabağ" Qurban Qurbanova görə şikayət edəcək – SON DƏQİQƏ

26 Sentyabr 2023 11:40 Qarabağ 3 421
"Qarabağ" Qurban Qurbanova görə şikayət edəcək – SON DƏQİQƏ

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.

Günün yeganə matçında "Qarabağ" "Qəbələ"nin qonağı olub.

Qəbələ şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

2-ci dəqiqədə Hamidu Keyta hesabı açıb. 11-ci dəqiqədə Nəriman Axundzadə "köhlən atlar"ın ikinci qolunu vurub.

Qonaqların heyətində Kevin Medina 42-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 75-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Lukas Afriko fərqi azaldıb.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qırmızı vərəqə alaraq texniki zonadan uzaqlaşdırılıb. O, 42 və 89-cu dəqiqələrdə qarşısında «sarı» görüb.

«Qarabağ» bu hadisəyə görə AFFA-ya şikayət edəcək.

Aldığımız məlumata görə, «köhlən atlılar» Elçin Məsiyevin başçılıq etdiyi hakimlər briqadasının idarəçiliyindən kəskin narazıdır və bununla bağlı mövqeyini federasiyaya çatdıracaq.

Tələb hadisənin yenidən araşdırılması və təcrübəli mütəxəssisin gözlənilən cəzadan azad olunmasıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti