"Neftçi"yə məğlubiyyət ağlımızdan belə, keçmir" – Fransalı ulduz

28 İyul 2021 11:40 Çempionlar Liqası 703
"Neftçi"yə məğlubiyyət ağlımızdan belə, keçmir" – Fransalı ulduz

"Bu, ağlımızdan belə, keçmir".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Olimpiakos"un lider Matyö Valbuenaya məxsusdur.

"Neftçi" bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında Yunanıstan klubu ilə qarşılaşacaq

İlk görüşdə "Neftçi" rəqibinə 0:1 hesabı ilə uduzub. Bu cütün qalibi növbəti mərhələdə “Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) oyununun güclüsü ilə üz-üzə gələcək.

Uduzan tərəf isə Avropa Liqasının III rundunda HİK (Finlandiya) ilə qarşılaşacaq. Fransalı yarımmüdafiəçi məğlubiyyət barədə düşünmədiklərini bildirib:

“Çətin olacağını bilirik. Amma yalnız növbəti mərhələyə keçmək barədə fikirləşirik. "Neftçi" yaxşı və keyfiyyətli komandadır. Amma "Olimpiakos" da əla kollektivdir.

Konkret hədəfimiz var, buna doğru irəliləyəcəyik. İlk matçdakı minimal üstünlüyümüzdən istifadə etməyə çalışacağıq. Bakıya qələbə üçün gəlmişik".

37 yaşlı oyunçu meydanda bütün güclərini ortaya qoyacaqlarını vurğulayıb: "Komandada ən təcrübəli və yaşlı oyunçulardan biri mənəm. Bu səviyyədə asan oyun olmur.

Hətta kiçik komandalar sürpriz edə bilirlər. Hamımız - istər gənclər, istər təcrübəlilər, hər şeyə hazır olmalıyıq. Mərhələ adlamaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti