“Fənərbaxça” şəhidimizlə bağlı başsağlığı verdi – FOTO

28 Noyabr 2020 17:40 Bizimkilər 549
“Fənərbaxça” şəhidimizlə bağlı başsağlığı verdi – FOTO

“Fənərbaxça” Vətən müharibəsində şəhid olan Niyamin Niftalızadəni yad edib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi bununla bağlı rəsmi saytı vasitəsilə məlumat yayıb.

Klub “Fənərbaxça” azarkeşi olan Niftalızadəyə Allahdan rəhmət diləyib: “Azərbaycanla Ermənistan arasındakı döyüşlərdə şəhid olan azərbaycanlı azarkeşimiz Niyamin Niftalızadənin məzarına “Fənərbaxça” forması və “sarı-lacivərdli” əklil qoyulub.

Azərbaycan ordusunda vəzifə başında olarkən şəhid olan Niyamin Niftalızadəyə Allahdan rəhmət, yaxınlarına və Azərbaycan xalqına başsağlığı veririk”.

Vətən müharibəsində şəhid olan digər qəhrəmanımız Fərid Dursunovun vəsiyyəti ilə məzarı üzərində “Qalatasaray” bayrağı dalğalandırılıb. “Qalatasaray” rəhbərliyi də buna biganə qalmayaraq, şəhidin atası ilə əlaqə saxlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu