Mehriban Əliyeva: "Hər bir yeni qələbə əsgərlərimiz sayəsində mümkün olur”

26 Oktyabr 2020 11:27 Bizimkilər 369
Mehriban Əliyeva: "Hər bir yeni qələbə əsgərlərimiz sayəsində mümkün olur”

Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhərinin işğaldan azad edilməsi münasibətilə paylaşım edib.

Sportinfo.az xəbər verir ki, Mehriban Əliyeva bu barədə instaqramda yazıb:

“Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram!

Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var