İndiyədək Qarabağa neçə nəfər qayıdıb? - AÇIQLANDI

19 İyun 08:10 Bizimkilər 561
İndiyədək Qarabağa neçə nəfər qayıdıb? - AÇIQLANDI

İndiyədək Qarabağa qayıdan əhalinin sayı açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, 1 iyun 2026-cı ilədək işğaldan azad edilmiş ərazilərə 36492 nəfər keçmiş məcburi köçkün geri qayıdıb.

Bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 88123 nəfər təşkil edib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!