"Mənə bildirdi ki, "sən axı söz vermişdin, elə deyil?"

11 Dekabr 2023 00:50 Bizimkilər 1 672
"Mənə bildirdi ki, "sən axı söz vermişdin, elə deyil?"

"Eyndhoven"də forma geyinən Azərbaycan millisinin vingeri Ozan Can Kökçü Niderland birinci divizionunun 17-ci turunun "Emmen" üzərində qazanılan qələbəni (3:2) şərh edib.

Sportinfo.az xəbər verir ki, "Eindhovens Dagblad"a açıqlama verən yığmamızın futbolçusu həmin görüşdə dubl etməsi haqda danışıb:

"Hesab 0:1 olanda qol vurdum və dərhal cümə axşamı məşqdə nələri müzakirə etdiyimizi düşündüm. Gənclər komandasının baş məşqçisi Paskal Maas matçdan əvvəl mənə bildirdi ki, "sən axı söz vermişdin, elə deyil?".

Bəli, iki qol vuracağıma söz vermişdim. Sözümü tutmağım alındı, bu da xoşdur. Matçın qəhrəmanı?

İstər əsas heyətdə olanlar, istərsə də ehtiyatda olanlarla birlikdə iş görürük. Biz çox çalışırıq".

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?