Türkiyə Super Liqasında 6-cı tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, son oyunda “Hatayspor” doğma meydanda “Trabzonspor”la qarşılaşıb.
Oyun meydan sahiblərinin əzmkar qələbəsiylə yekunlaşıb. Qonaqlar 72-ci dəqiqəyə qədər 2:0 öndə olsalar da, matçın qalan hissəsində 3 qol vurmağı bacaran hataylılar möhtəşəm qələbəyə seviniblər.
Meydan sahiblərinin heyətində millimizin hücumçusu Renat Dadaşov da qələbədə pay sahiblərindən birinə çevrilib.
O, qarşılaşmanın 84-cü dəqiqəsində meydana buraxılıb, 90-cı dəqiqədə isə sarı vərəqə ilə cəzalanıb.
"Hatayspor" – "Trabzonspor" 3:2
Qollar: Rivas, 72. Lamkel Ze, 88. Dele-Başiru, 90+7 – Vişça, 44. Onuaçu, 62.