LKS uduzdu, Polşa mətbuatı Məmmədovu günahkar çıxardı

19 Fevral 17:20 Bizimkilər 1 034
LKS uduzdu, Polşa mətbuatı Məmmədovu günahkar çıxardı

Polşa mətbuatı “LKS Lodz”un azərbaycanlı müdafiəçisi Rahil Məmmədovun ölkə çempionatının 21-ci turunun “Vidzev”ə qarşı keçirilmiş oyundakı (0:2) çıxışını qiymətləndirib.

Sportinfo.az xəbər verir ki, polşalı həmkarlarımız milli komandamızın üzvünün buraxılan ilk qolda günahkar olduğunu yazıblar:

“Rahil ilk hissədə bu ümidsiz matçın ən parlaq oyunçularından biri idi. O, çox ağıllı oynadı.

Lakin ikinci hissədə Məmmədov boyu daha qısa olan Jordi Sançesə onun üzərindən tullanaraq qol vurmasına icazə verdi. İlk buraxılan qolun əsas günahkarı Məmmədovdur”.

“LKS Lodz” 10 xalla 18 komanda arasında sonuncu pillədədir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Aprel 23:35 Çək və bizə göndər!