Millimizin futbolçusu Premyer Liqada – 4 illik müqavilə

28 İyun 2023 00:50 Bizimkilər 2 295
Millimizin futbolçusu Premyer Liqada – 4 illik müqavilə

Azərbaycanlı futbolçu Emil Mustafayevin yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Ukraynada "Polissya"ya keçib.

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Gənc vinger yeni klubu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Emil Mustafayev son olaraq "Aleksandriya"da çıxış edib.

U-21 millimizin üzvü başa çatan mövsümdə komandanın heyətində meydana çıxdığı 19 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti