Sevinən Vüsal oldu - Azərbaycanlıların Türkiyədə dueli

17 Fevral 2024 17:00 Bizimkilər 3 586
Sevinən Vüsal oldu - Azərbaycanlıların Türkiyədə dueli

Türkiyə I Liqasında 23-cü turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün Bəxtiyar Həsənalızadənin şərəfini qoruduğu "Tuzlaspor" doğma meydanda Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor"u qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bəxtiyar bu matçın iştirakçısı olmayıb. Onun adı görüşün iştirak ərizəsinə daxil edilməyib. Vüsal İsgəndərli isə 85-ci dəqiqədə meydana daxil olub.

28 yaşlı yarımmüdafiəçi 90+2-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Xallarını 36-ya yüksəldən "Boluspor" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 22 xalı olan "Tuzlaspor" isə 15-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!