”Rusiya Şeydayevin evidir, bir gün mütləq qayıdacaq”

8 Mart 2024 09:20 Bizimkilər 1 689
”Rusiya Şeydayevin evidir, bir gün mütləq qayıdacaq”

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin agenti Jelko Dekiç hücumçunun “Kocaelispor”a (Türkiyə) uyğunlaşmasından danışıb,

Sportinfo.az xəbər verir ki, o, "Metaratings"ə açıqlamasında Şeydayevin Rusiya Premyer Liqasına mümkün qayıdışı ilə bağlı sualı da cavablandırıb:

“Türkiyə çempionatı Ramilə çox yaraşır. Şeydayevin əla fiziki hazırlığı var, amma ona bir az vaxt lazımdır.

Sonra əla oynayacaq. Onun komandası Türkiyə Superliqasına vəsiqə qazanmaq üçün favoritlər sırasındadır.

Şeydayev Rusiya Premyer Liqasına qayıtmağı planlaşdırır? Rusiya onun evidir. Ramil bir gün mütləq qayıdacaq”.

Sankt-Peterburq "Zenit"inin yetirməsi olan Şeydayev Rusiyada "Dinamo" (Moskva) və "Krılya Sovetov", Azərbaycanda isə "Sabah"la "Qarabağ"da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!