"Bir neçə səhvə yol versə də, həqiqətən yaxşı oynadı" - Polşa KİV-i Rahili bəyəndimi?

16 Fevral 2024 09:20 Bizimkilər 888
"Bir neçə səhvə yol versə də, həqiqətən yaxşı oynadı" - Polşa KİV-i Rahili bəyəndimi?

Polşa mətbuatı Azərbaycan millisininü üzvü Rahil Məmmədovun “LKS Lodz”un heyətində ölkə çempionatının 19-cu turunun “Korona” (1:2) ilə görüşdəki debütünü dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, “lksfans.pl” portalı “Qarabağ”ın sabiq futbolçusu barədə bunları yazıb:

“Debütantlardan biri Hüseyn Baliç idi. “LKS Lodz”un forvardı üçün uğurlu çıxış oldu.

Avstriyalı ilk dəqiqələrdən meydana daxil olaraq komandasının yeganə qoluna imza atdı. Start heyətinə daha bir yeni gələn Rahil Məmmədov oldu ki.

O, bir neçə səhvə yol versə də, həqiqətən yaxşı oyun nümayiş etdirdi. Məmmədov meydanda ən yaxşılardan idi".

Rahil Məmmədov bu qış “Qarabağ”dan “LKS Lodz”a keçib və 1,5 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!