Postsovet klubu azərbaycanlı müdafiəçi ilə yola davam etmədi

2 İyul 2024 11:20 Bizimkilər 1 861
Postsovet klubu azərbaycanlı müdafiəçi ilə yola davam etmədi

Azərbaycanın U-21 yığmasının sabiq üzvü Dmitri Nağıyev klubsuz qalıb.

Sportinfo.az xəbər verir ki, müdafiəçi “Obolon”dan ayrılıb. Nağıyev Kiyev təmsilçisinin heyətində qalmayıb.

Onun Ukrayna klubu ilə müqavilə müddəti başa çatıb və “Obolon” onunla yoluna davam etməyib.

28 yaşlı futbolçu “Dnepr”, “Qarabağ Vyana”, “Sumqayıt”, “Kova da Piedadi”, “Stumbras”, “Dinamo-Avto”, “İnqulets” komandalarında oynayıb.

Nağıyevin yeni sezona hansı komandada başlayacağı yaxın vaxtlarda dəqiqləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!
3 Noyabr 05:20 Bakıda "Zəfər Kuboku"