Əliyev start heyətdə meydana çıxdı, “Eqnatiya” qazandı

03:20 Bizimkilər 44
Əliyev start heyətdə meydana çıxdı, “Eqnatiya” qazandı

Azərbaycan millisinin futbolçusu Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti çempionat oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Albaniya Superliqasının 13-cü turunda son ölkə çempionu doğma meydanda “Elbasani”ni qəbul edib.

Baş məşqçi Nevil Dede azərbaycanlı müdafiəçiyə ilk dəqiqələrdən şans verib.

Görüşün 19-cu dəqiqəsində Yurqens Monteneqro meydan sahiblərini hesabda önə çıxarıb. 68-ci dəqiqədə İbrahim Diabate fərqi artırıb. Üç dəqiqə sonra Ledio Tresa “Elbasani”nin qolunu vurub. Oyun bu hesabla da başa çatıb.

"Eqnatiya" xallarını 30-a çatdıraraq birinci pillədəki mövqeyini möhkəmləndirib.

Zamiq Əliyev noyabrın 26-da UEFA Konfrans Liqasında Cəbəllütariqin “Linkoln Red İmps” komandasına qarşı keçirilən görüşdə də meydana çıxıb. Həmin qarşılaşma “Eqnatiya”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Albaniya çempionatının lideri olan “Eqnatiya” növbəti turda, dekabrın 3-də səfərdə “Partizani” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
29 Noyabr 20:00 Çək və bizə göndər!