Böyük klubdan təklif alan azərbaycanlı oyunçuya məsləhət verdi - Ora getmə, riskdir

20:20 Bizimkilər 204
Böyük klubdan təklif alan azərbaycanlı oyunçuya məsləhət verdi - Ora getmə, riskdir

Moskva “Dinamo”sunun sabiq futbolçusu Oleq Teryoxin klubun azərbaycanlı vingeri Ülvi Babayevin “Spartak”a mümkün keçidi ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, Teryoxin “Çempionat”a açıqlamasında Babayevin motivasiyasını və bu transferin risklərini şərh edib.

Teryoxin qeyd edib ki, Babayev “Dinamo”da rahat mühitdə formalaşıb:

“O, uşaqlıqdan buradadır, akademiyadan olan komanda yoldaşları - Qladışev və Tyukavin - ilə meydanda yaxşı anlaşması var. Üstəlik, Okişor da gəlir”.

Sabiq futbolçu “Spartak”ın hücum xəttinə də toxunub:

“Ora baxaq, sıfır qolla Anton Zabolotnı, vəssalam. Bahalı legionerlərlə rəqabət aparmaq gənc futbolçu üçün son dərəcə çətin olacaq. Üstəlik, gənclərin eniş dövrləri də olur”.

Sabiq futbolçunun fikrincə, Babayev karyerasını necə və harada davam etdirəcəyini ciddi düşünməlidir. O

vurğulayıb ki, emosional qərarlar uzunmüddətli inkişaf baxımından həmişə düzgün olmur.

Digər Xəbərlər
Xəbər Lenti