Daha bir azərbaycanlı Ukraynada həlak oldu - FOTO

08:10 Bizimkilər 105
Daha bir azərbaycanlı Ukraynada həlak oldu - FOTO

Rusiya-Ukrayna müharibəsində Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşən daha bir azərbaycanlı həyatını itirib.

Bu barədə məlumatı hərbi bloqer Tofiq Şahmuradov yayıb.

Belə ki, Şəmkir rayon sakini, bir müddət idi itkin düşmüş hesab olunan Qarayev Elvin Fəxrəddin oğlunun həlak olduğu məlum olub.

Bildirilir ki, uzun sürən axtarışlardan sonra E.Qarayevin nəşi tapılıb. Mərhumun nəşinin sabah Bakıya gətiriləcəyi, oradan isə dəfn olunmaq üçün doğulduğu Şəmkir rayonuna aparılacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Dekabr 20:00 Çək və bizə göndər!