Azərbaycanlı futbolçu karyerasını yenidən Qırğızıstanda davam etdirəcək.
Orxan Əliyev “Ozqon”la yeni müqaviləyə imza atıb.
Sözləşmənin müddəti 1 illikdir.
Bu ilin iyul ayından noyabra qədər adıçəkilən komandanın uğurları üçün tər tökən, Ozqon təmsilçisinin heyətində meydana çıxdığı 9 oyunda 7 qol və 1 asistlə yadda qalan hücumçu qırğızların təklifini müsbət qarşılayıb.
Klub rəhbərliyi daha sərfəli şərtlərlə həmyerlimizə müqavilə təklif edincə, Əliyev buna qarşı çıxmayıb.
30 yaşlı forvard karyerası ərzində ölkəmizdə “Sumqayıt”, “Kəpəz”, “Xəzər-Lənkəran”, “Zirə”, “Araz-Naxçıvan”, Gürcüstanda “Sioni”nin uğurları üçün tər töküb.
HƏBİB / SPORTİNFO.AZ

