“Spartak” azərbaycanlı ilə 5 illik müqavilə imzalayır - FOTO

27 Dekabr 2025 19:20 Bizimkilər 953
“Spartak” azərbaycanlı ilə 5 illik müqavilə imzalayır - FOTO

Ülvi Babayev Rusiyada klubunu dəyişəcək.

Sportinfo.az xəbər verir ki, insayder İvan Karpovun məlumatına görə, o, Moskva "Spartak"ı ilə razılığa gəlib.

Bildirilir ki, vinger “qırmızı-ağlar”la 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq. Hazırda tərəflər arasında yalnız son detalların razılaşdırılması qalıb və tibbi baxışın yaxın günlərdə keçirilməsi planlaşdırılır.

Transferin rəsmiləşdirilməsi barədə dəqiq tarix açıqlanmasa da, yayda Babayevin azad agent statusu fonunda kluba qoşula biləcəyi aktualdır.

21 yaşlı azərbaycanlı oyunçu Moskva “Dinamo”sunun heyətində bu mövsüm 15 matça çıxb və 5 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"