Bu şəxslərin pensiyası dayandırılacaq?

07:20 Bizimkilər 110
Bu şəxslərin pensiyası dayandırılacaq?

Əlilliyə görə təyin olunan və dövlət tərəfindən verilən pensiya və müavinətlərin davam etməsi müəyyən şərtlərə bağlıdır.

Bəs hansı halda əlilliyə görə verilən pensiya dayandırıla bilər?

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov metbuat.az-a açıqlamasında bildirib ki, əlilliyə görə əmək pensiyası bir neçə halda dayandırıla bilər:

“İlk növbədə, növbəti tibbi-sosial ekspertiza müayinəsi zamanı şəxsin sağlamlığının bərpa olunduğu və ona əvvəl təyin edilmiş əlillik dərəcəsinin artıq qüvvədə olmadığı müəyyən edilərsə, əlillik ləğv olunur və bu əsasla pensiyanın verilməsi dayandırılır.

Həmçinin müəyyən edilsə ki, şəxs əlillik statusunu saxta və ya düzgün olmayan sənədlər təqdim etməklə əldə edib, bu halda da əlillik ləğv edilir və əmək pensiyası kəsilir”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO