Azərbaycanlı oyunçunun vətəndaşlığını dəyişmək fikri var?

12 Noyabr 00:40 Bizimkilər 486
Azərbaycanlı oyunçunun vətəndaşlığını dəyişmək fikri var?

Rusiyanın gənclər millisinin baş məşqçisi İvan Şabarov Moskva “Dinamo”sunun hücumçusu Ülvi Babayevin dəvət olunmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis bu dəvəti 21 yaşlı vingerin Azərbaycan vətəndaşlığına keçmək ehtimalının qarşısını almaq üçün etmədiklərini deyib.

Şabarov gənc futbolçuya güvəndiklərini söyləyib:

“Ülvi Babayevin vətəndaşlıq məsələsini müzakirə etməmişik. Azərbaycan variantı barədə heç bilmirdim.

Biz onu sırf idman göstəricilərinə görə dəvət etmişik. Son vaxtlar yaxşı təsir bağışlayır.

Valeri Karpin də “Dinamo”da ona güvənir. Burada yalnız idman arqumentləri var.

Babayevin vətəndaşlıq dəyişməyi düşünməsi barədə eşitməmişdim”.

Rusiyanın U-21 yığması beynəlxalq turnir çərçivəsində İran (12 noyabr), Bəhreyn (15 noyabr) və Qırğızıstan (18 noyabr) milliləri ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 Dekabr 17:00 Bəxt yox, insaf yox…