Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin forvardı Mahir Emreli zədələnib.
“Kayzerslautern”in hücumçusu Almaniya II Bundesliqasında 12-ci turunda "Herta" ilə görüşün iştirakçısı olub.
Sportinfo.az xəbər verir ki, son 9 turda meydana çıxmayan Emreli 63-cü dəqiqədə meydana çıxsa da, 77-ci dəqiqədə zədələnərək əvəzlənib. O, meydanı tərk edərkən göz yaşlarını saxlaya bilməyib.
27 yaşlı hücumçunun Azərbaycan millisinin bu gün açıqlanan heyətində də yer almaması onun zədəsinin ciddi olmasından xəbər verir.
Mahir Emreli uzun müddətdir klubunda oynamasa da, millinin son toplanışına cəlb edilmiş və Fransa ilə oyunda iştirak etmişdi.


