Millimizin müdafiəçisi 90 dəqiqə oynadı, uduzdular - Cənubi Koreyada

04:40 Bizimkilər 78
Millimizin müdafiəçisi 90 dəqiqə oynadı, uduzdular - Cənubi Koreyada

Cənubi Koreya çempionatında 36-cı turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun çıxış etdiyi "Daejeon" səfərdə artıq çempionluğu təmin edən “Joenbuk”la qarşılaşıb və 1:3 hesabı ilə məğlub olub.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi matça start heyətində başlayıb və sona qədər meydanda olub.

"Daejeon" 61 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Mövsümün sonuna 2 tur qalmış Krivotsyukun komandası ən yaxın izləyicisini 3 xal qabaqlayır.

Komanda artıq gələn tur gümüş medalı təmin edə bilər.

Digər Xəbərlər
Xəbər Lenti
8 Noyabr 17:50 Çək və bizə göndər!