AFFA-nın departament rəhbəri UEFA-dan növbəti dəfə təyinat aldı

9 Noyabr 2025 04:30 Bizimkilər 424
AFFA-nın departament rəhbəri UEFA-dan növbəti dəfə təyinat aldı

AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan növbəti dəfə təyinat alıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma noyabrın 12-də Münhen şəhərində yerləşən “Alyans Arena”da baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 04:40 Azərbaycan qalib oldu