Azərbaycanlı klub sahibi Rusiyaya çağırıldı - 10 milyon manatlıq borc QALMAQALI

9 Noyabr 04:00 Bizimkilər 502
Azərbaycanlı klub sahibi Rusiyaya çağırıldı - 10 milyon manatlıq borc QALMAQALI

Azərbaycanlı iş adamı Tufan Sadıqov investoru olduğu “Ximki” klubuna dair iş üzrə Rusiya Futbol İttifaqının (RFS) İntizam Komitəsinin iclasına dəvət olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Sentyabrın 9-da Moskva vilayəti Arbitraj Məhkəməsi “Ximki” klubunu müflis elan edib. Klubun borcu 448 milyon rubl (təxminən 9 milyon 363 min manat) təşkil edir.

Ötən mövsüm “Ximki” Rusiya Premyer Liqasının turnir cədvəlində 12-ci yeri tutsa da, maliyyə problemləri səbəbindən ölkə çempionatlarında iştirakını davam etdirə bilməmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
11 Dekabr 18:10 Çək və bizə göndər!