Azərbaycan millisinin üzvü Sərtan Taşkın Türkiyə Futbol Federasiyasından xoş xəbər alıb.
Belə ki, uzun sürən danışıqlardan sonra 28 yaşlı müdafiəçi legioner statusundan azad edilib.
Atası Türkiyə, anası Azərbaycan vətəndaşı olan Sərtan artıq Türkiyə futbolunda yerli statusda çıxış edir.
Xatırladaq ki, Sərtan bu mövsümün əvvəlindən “Serik Belediyespor” forması geyinir.
O, daha öncə qardaş ölkədə “Manisa” klubunda da çıxış etdiyini bildirək.
Karyerasının böyük hissəsi isə Azərbaycanla bağlıdır.
“Sumqayıt”, “Şamaxı”, “Zirə” və “Turan Tovuz” klublarında oynayıb.
Bütün aşağı yaş millilərimizdə forma geyinimiş arxa xətt oyunçusu əsas millidə 2 oyun meydana çıxıb.
XANOĞLAN / SPORTİNFO.AZ

