 
            Albaniya çempionatında 13-cü turun bir sıra oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, millimizin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” öz meydanında “Vlajniya” ilə qarşılaşıb.
Görüş 1:1 hesabı ilə başa çatıb.
Əliyev bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib. Hazırda "Eqnatiya" 20 xalla 3-cü yerdədir.

 
                 
                 
                 
                 
                    
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            