Mahir "Kayzerslautern"ə qol vura bilmədi, "Nürnberq" evdə heç-heçə etdi

9 Noyabr 2024 00:30 Bizimkilər 652
Mahir  "Kayzerslautern"ə qol vura bilmədi, "Nürnberq" evdə heç-heçə etdi

Almaniya 2-ci Bundesliqasında 12-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" doğma meydanda "Kayzerslautern"i qəbul edib.

Qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb.

Mahir Emreli də bu matçın iştirakçısı olub. 27 yaşlı forvard oyuna start heyətində başlayıb və 73-cü dəqiqədə əvəzlənib.

Xallarını 18-ə yüksəldən "Nürnberq" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!