Mahirin Emrelinin üzləşdiyi problem Miroslav Klozeni narahat edir

12 Sentyabr 2024 13:20 Bizimkilər 7 026
Mahirin Emrelinin üzləşdiyi problem Miroslav Klozeni narahat edir

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze komandanın yeni transferi - Azərbaycan millisinin hücumçusu Mahir Emreli haqda danışıb.

Sportinfo.az "Bild"ə istinadən xəbər verir ki, o, zədəsini sağaldan və artıq komanda ilə məşqlərə başlayan Emrelinin 2-ci Bundesliqanın növbəti turunda meydana çıxacağının sual altında olduğunu bildirib:

“Bu oyunda meydana çıxmağını istisna etmək istəmirəm. Demişdik ki, Mahiri “Maqdeburq”la matça çatdıra bilməsək, “Ulm”la oyuna hazırlayacağıq.

Amma bərpa prosesi düşündüyümüzdən bir az uzun çəkdi. Bəlkə də bizim daha 2-3 günə ehtiyacımız olacaq”.

“Nürnberq” - “Ulm” oyunu sentyabrın 14-də keçiriləcək. "Nürnberq" 4 turdan sonra 4 xalla 13-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 07:30 “Zirə”də 4 yeni isim
16 Sentyabr 01:10 “Nefttçi" o imzanı atdı!
16 Sentyabr 00:30 AFFA-da 3 yeni təyinat