DİN-in hərbi qulluqçusu vəfat etdi - Xocavənd rayonu ərazisində

12 İyul 2024 07:10 Bizimkilər 558
DİN-in hərbi qulluqçusu vəfat etdi - Xocavənd rayonu ərazisində

İşğaldan azad olunan Xocavənd rayonu ərazisinə dislokasiya edilən Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) təlim zamanı tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, 21 yaşlı MAXE Xanlar Əhmədova bir neçə gün göstərilən tibbi müdaxilələrə baxmayaraq, bu gün vəfat edib.

Xidmətdə müsbət xarakterizə olunan Xanlar Əhmədov əsgər kimi Daxili Qoşunlarda xidmət edib.

Onun istəyi nəzərə alınaraq müddətdən artıq hərbi qulluqçu kimi Daxili Qoşunlarda xidmətini davam etdirib.

Hazırda araşdırma aparılır.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!