Bundan sonra Azərbaycanda idmançılara xüsusi təqaüd veriləcək

29 İyun 2024 11:20 Bizimkilər 876
Bundan sonra Azərbaycanda idmançılara xüsusi təqaüd veriləcək

Azərbaycanda idmançılara xüsusi paralimpiya təqaüdü veriləcək.

Sportinfo.az xəbər verir ki, bu, parlamentin bugünkü iclasının gündəliyinə daxil edilən "Bədən tərbiyəsi və idman haqqında” qanunda dəyişiklik layihəsində əksini tapıb.

Qanunun 59-cu maddəsinə (Yüksək dərəcəli idmançıların və idman işçilərinin əməyinin qiymətləndirilməsi) təklif edilən dəyişikliklə bədən tərbiyəsi və idman sahəsində göstərdikləri böyük xidmətlərə və əldə etdikləri yüksək nailiyyətlərə görə Azərbaycan Respublikasının vətəndaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi olimpiya və paralimpiya təqaüdləri, fərdi təqaüdlər, dövlət mükafatları və fəxri adlar verilə bilər.

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!
3 Noyabr 05:20 Bakıda "Zəfər Kuboku"