Azərbaycan əsgərləri Türkiyənin qələbə qoluna bu cür sevindi – MÖHTƏŞƏM ANIN VİDEOsu

27 İyun 2024 17:20 Bizimkilər 779
Azərbaycan əsgərləri Türkiyənin qələbə qoluna bu cür sevindi – MÖHTƏŞƏM ANIN VİDEOsu

Dünənki Türkiyə-Çexiya oyununu Azərbaycan Ordusunun əsgərləri də izləyib.

Sportinfo.az xəbər verir ki, bu haqda Türkiyə Müdafiə Nazirliyi də paylaşım edib.

Türkiyə MN videoya “Can Azerbaycandan bizim çocuklara tam destek!” başlığını verib.

Azərbaycanın Silahlı Qüvvələr Günündə qəhrəman əsgərlər sözügedən matçın həlledici qoluna seviniblər.

Onlar 90+4-cü dəqiqədə Cenk Tosun Türkiyə yığmasının ikinci qolunu vurmasını coşqu ilə qeyd ediblər:

“Təşəkkürlər, Can Azərbaycan, təşəkkürlər Qarabağın aslanları… Hər zaman bir və bərabərik!”

Türkiyə 2:1 hesablı qələbə ilə 1/8 finala çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO