COP29

Emin Mahmudov: “Onun Azərbaycan yığmasında işi çətin olacaq”

21 İyun 00:50 Bizimkilər 1 268
Emin Mahmudov: “Onun Azərbaycan yığmasında işi çətin olacaq”

“Fernandu Santuş təcrübəli və böyük məşqçidir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin və “Neftçi” nin kapitanı Emin Mahmudov Fernandu Santuşun yığmaya baş məşqçisi təyin olunması barədə danışarkən deyib.

33 yaşlı yarımmüdafiəçi portuqaliyalı mütəxəssisin milli komandamızda uğur qazanacağına inandığını bildirib:

“Portuqaliya millisi ilə 2016-cı ildə Avropa çempionu olub. Əldə etdiyi nəticələr son zamanlara aiddir.

Düzdür, adətən ulduz futbolçularla işləyib. Bu mənada Azərbaycan yığmasında işi çətin olacaq.

Bunun üçün Azərbaycan futbolu və oyunçular inkişaf etməlidir. Bununla belə, Santuşun bizim futbola da töhfə verəcəyinə inanıram”.

AFFA Fernandu Santuşla 3+1 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti