Azərbaycanlı müdafiəçi yerli məşqçinin XOŞUNA GƏLİB

11 Mart 2024 13:20 Bizimkilər 1 372
Azərbaycanlı müdafiəçi yerli məşqçinin XOŞUNA GƏLİB

“Varta”nın baş məşqçisi David Şulçzek Polşa çempionatının XXIV turunda LKS ilə keçirəcəkləri oyun ərəfəsində rəqibin azərbaycanlı futbolçusu Rahil Məmmədovu tərifləyib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis Lodz təmsilçisinin heyətində bir neçə oyunçunu fərqləndirib.

O, Rahil Məmmədovu LKS-in ən güclü futbolçularından biri adlandırıb:

“LKS qış fasiləsindən sonra daha yaxşı oynayır. Buna transferlər təsir edir.

Rahil Məmmədov, Hüseyn Baliç kimi futbolçular mövsümün əvvəlindən Lodz klubunda çıxış etsəydilər, yəqin ki, xalların sayı 13-dən çox olardı”.

Bu gün keçiriləcək “Varta” – LKS matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Hazırda LKS 13 xalla turnir cədvəlinin son pilləsində qərarlaşır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!