“Şuşa, Laçın, Zəngilanda ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək”

9 Mart 2024 15:30 Bizimkilər 850
“Şuşa, Laçın, Zəngilanda ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək”

“Bu prezident seçkilərində öncəki seçkilərlə müqayisədə xaricdə səs verən vətəndaşlarımızın sayı 2 dəfə çox oldu”.

Bu fikirləri Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.

Məzahir Pənahov qeyd edib ki, bu, MSK və Xarici İşlər Nazirliyinin birgə əməkdaşlığı nəticəsində mümkün olub:

“Bu, bizim üçün tarixi seçki idi. Çünki birinci dəfə beynəlxalq səviyyədə ölkənin tanınan bütün ərazilərində keçirilirdi”.

MSK sədri əlavə edib ki, qarşıdan gələn bələdiyyə seçkilərində Şuşa, Laçın, Zəngilanın Ağalı kəndi, Ağdərə və Füzulidə, azad edilmiş ərazilərdə ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək:

“Həmin vaxta qədər də o yerlərə yenə insanlar köçürüləcək. Bizim üçün əsas məsələ seçki komissiyalarının bu prosesə hazır olmasıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!