Şəhid övladlarının doğum gününü doğma Ağdərədə qeyd etdilər – İKİ FOTO

7 Mart 2024 15:30 Bizimkilər 851
Şəhid övladlarının doğum gününü doğma Ağdərədə qeyd etdilər – İKİ FOTO

Şəhid Xəyal Aslanovun valideynləri işğaldan azad olunmuş Ağdərə rayonunda ilk od çərşənbəsi tonqalını yandırıblar.

Bu barədə məlumatı onların yaxınları bildirib.

Şəhidin valideynləri, Qüdrət Aslanov və Nəzakət Aslanovanın oğullarının doğum gününü doğma yurdlarında qeyd etdikləri bildirilib.

Şəhid Xəyal Aslanov 1994-cü il martın 5-də Tərtər rayonunun Çardaqlı kəndində anadan olub. O, 2020-ci il sentyabrın 28-də Suqovuşan döyüşləri zamanı şəhid olub.

Xəyal Aslanov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidimiz ailəli olub, Umud və Uğur adında 2 oğlu yadigar qalıb.


Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!