Ağayev Zaqrebə gedir

6 Mart 2024 08:20 Bizimkilər 788
Ağayev Zaqrebə gedir

Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində martın 7-si, saat 00:00-da keçiriləcək “Dinamo” (Zaqreb, Xorvatiya) – PAOK (Yunanıstan) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

Sportinfo.az xəbər verir ki, ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qarşılaşmanın VAR hakimi almaniyalı Saşa Stegemann, onun köməkçisi həmyerlisi Paşal Müller olacaq. Oyunun hakim-inspektoru isə norveçli Terje Houç olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!