Bu il Xankəndinin məşhur qəsəbəsinə ilk köç olacaq - FOTO

5 Mart 2024 19:30 Bizimkilər 928
Bu il Xankəndinin məşhur qəsəbəsinə ilk köç olacaq - FOTO

Martın 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin bir qrup sakini ilə görüşüb.

Komitədən verilən məlumata görə, Kərkicahan qəsəbəsində Prezident İlham Əliyevin tapşırığı əsasında, məcburi köçkünlərin geri dönüşünə hazırlıq görüldüyü bildirilib.

Qeyd olunub ki, bu il Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin ilk qrupu köçürüləcək.

Qəbulda iştirak edən sakinlər hamılıqla doğma yurda qayıdıb, orada daimi yaşamaq istədiklərini bildiriblər.

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!