“Bilirdim ki, Prezident məni əsirlikdən xilas edəcək”

5 Mart 2024 18:50 Bizimkilər 1 269
“Bilirdim ki, Prezident məni əsirlikdən xilas edəcək”

“Özümü yaxşı hiss edirəm. Səhhətim də normaldır”.

Bu sözləri Laçında əlverişsiz hava şəraitində azaraq Ermənistan tərəfə keçən və bu gün Bakıya qaytarılan Ruslan Pənahov deyib.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlama verən əsgərimiz Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib:

“Bilirdim ki, məni əsirlikdən xilas edəcək. Vətənə geri qayıtdığıma görə çox xoşbəxtəm”.

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!