Mahir Emrelinin oyununu idarə edəcək - Azərbaycanlı FIFA referisi

5 Mart 2024 08:30 Bizimkilər 8 406
Mahir Emrelinin oyununu idarə edəcək - Azərbaycanlı FIFA referisi

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə beynəlxalq təyinat alıb.

Sportinfo.az xəbər verir ki, "report"un əldə etdiyi məlumata görə, 36 yaşlı hakim Xorvatiyada yerli "Dinamo" və Yunanıstan PAOK-u arasında keçiriləcək Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyununu idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar.

Martın 7-də reallaşacaq "Dinamo" - PAOK qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Zaqreb təmsilçisində Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!