Cəlal 90 dəqiqə oynadı, "Arda" heç-heçə etdi - VİDEO

5 Mart 2024 03:10 Bizimkilər 590
Cəlal 90 dəqiqə oynadı, "Arda" heç-heçə etdi - VİDEO

Bolqarıstan çempionatında 23-cü turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi “Arda” doğma meydanda “Pirin”i qəbul edib.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Hüseynov da bu görüşün iştirakçısı olub. 20 yaşlı mərkəz müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

23 turdan sonra 32 xal toplayan “Arda” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!