Şahruddin qol buraxmadı, "Adana Demirspor" qazanmağı bildi - VİDEO

5 Mart 2024 00:40 Bizimkilər 1 254
Şahruddin qol buraxmadı, "Adana Demirspor" qazanmağı bildi - VİDEO

Türkiyə Superliqasında 28-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi “Adana Dəmirspor” bu turda evdə "Fatih Karagümrük"lə qarşılaşıb.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Adana təmsilçisi 10 oyundan sonra qalib gəlib.

27-ci dəqiqədə Mario Balotellinin penaltidən vurduğu qolun həlledici olduğu oyunda Şahruddin də iştirak edib. Qolkiper start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Hazırda turnir cədvəlində "Adana Demirspor" isə 35 xalla 9-cu, "Fatih Karagümrük" 29 xalla 16-cıdır.

"Adana Demirspor" - "Fatih Karagümrük" 1:0
Qol:
Balotelli, 27-pen

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!