"Azərbaycandan təklif almamışam., bu barədə heç düşünməmişəm"

4 Mart 2024 01:50 Bizimkilər 800
"Azərbaycandan təklif almamışam., bu barədə heç düşünməmişəm"

Azərbaycanlı futbolçu Məmməd Quliyevin Taylandın “Saraburi”dən ayrılması barədə xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, bununla bağlı sportal.az-a açıqlama verən Quliyev, hazırda klubsuz olsa belə, Taylandda qaldığını söyləyib:

"Mövsüm mənim üçün yaxşı alındı. Zədələnmədim, 11 qol vurmuşam, 7 assist etmişəm. Təəssüf ki, komandam pley-off matçlarına vəsiqə qazana bilmədi. İndi istirahət etməyi planlaşdırıram.

Hələ ki, Taylanddayam və yeni mövsümə də burada başlaya bilərəm. Mövsüm başa çatsın, gələcək təklifləri gözdən keçirəcəm.

Lakin Azərbaycandan təklif almamışam. Bu barədə heç düşünməmişəm də".

Məmməd, bir müddət əvvəl “Buriram Yunayted”dən ayrılaraq “Kocaelispor”a keçən Ramil Şeydayev barədə Taylandda müzakirə getmədiyini deyib:

"Düzü, Tayland mətbuatında Ramil barədə heç nə danışmırlar. "Buriram Yunayted" ikinci dövrəyə yaxşı başlayıb, yeni legionerlər gəlib.

Səhv etmirəmsə, braziliyalı məhsuldar futbolçulardır, bir neçə oyundu izləyirəm onları".

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!