Azərbaycanlı hücumçu "Fənərbaxça" ilə oyunda - VİDEO

3 Mart 2024 02:10 Bizimkilər 1 070
Azərbaycanlı hücumçu "Fənərbaxça" ilə  oyunda - VİDEO

Türkiyə Superliqasında 28-ci tur davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" evdə "Fənərbaxça"nı qəbul edib.

Matç qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Renat oyuna ehtiyat oyunçular skamyasında başlayıb. O, 79-cu dəqiqədə meydana daxil olub.

"Hatayspor" 28 turdan sonra Superliqanın turnir cədvəlində 29 xalla 16-cıdır. "Fənərbaxça" isə 73 xalla (28 oyun) 1-ci yerə yüksəlib.

Ancaq 72 xalı (27 oyun) "Qalatasaray" bu turda "Beşiktaş"a qalib gəlsə, yenidən liderliyi bərpa edəcək.

"Hatayspor" - "Fənərbaxça" 0:2
Qollar:
Osayi-Samuel, Cengiz Ünder, 40

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!