Azərbaycanlı oyunçu üçüncü liqa klubunda qalmadı

28 Fevral 2024 00:40 Bizimkilər 841
Azərbaycanlı oyunçu üçüncü liqa klubunda qalmadı

Taylandda legioner həyatı yaşayan Məmməd Quliyev özünə yeni komanda axtaracaq.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi son olaraq formasını geyindiyi “Saraburi”dən ayrılıb.

Belə ki, üçüncü liqada iddialılar sırasında yer alan kollektiv pley-off mərhələsinə düşə bilməyib.

Buna görə də, həmyerlimiz bu komandada qalmaqda məna görməyib. Məmmədə Tayland klublarından təkliflər var və yaxın vaxtlarda yeni müqavilə imzalayacağı da gözlənilir.

28 yaşlı yarımmüdafiəçi “Rəvan”, “İnter”(indiki “Keşlə”), “Kamphaenqpet”, “Kasem Bandit”, “Tonburi Yunayted”, “Uttaradit”(hamısı Tayland) klublarında forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!